İt bir ay sahibinin cəsədini qorudu

it-bir-ay-sahibinin-cesedini-qorudu
Oxunma sayı: 2110

Rusiyada Sankt-Peterburqdan olan 66 yaşlı turistin cəsədi Murmansk vilayətindəki tundrada aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, tapılan cəsədin yanında turistin iti də olub.

Retriver cinsindən olan it 1 ay müddət ərzində xeyli arıqlasa da, sahibinin cəsədini tərk etməyib.

Təhqiqatçıların sözlərinə görə, 1953-cü il təvəllüdlü Sankt-Peterburq sakini iyulun 27-də Murmansk vilayətinə gəlib. Avtomobilini dayanacaqda saxlayaraq Seyd gölünə yollanıb. Gedərkən bir gün sonra qayıdacağını deyib. Lakin bundan sonra onunla əlaqə kəsilib.

Turistin cəsədi sentyabrın 2-də dayanacaqdan 3,5 kilometr aralıda aşkarlanıb. Müstəntiqlər meyitin üzərində zorakılıq əlamətlərinin olmadığını bildiriblər.