İstirahət etdiyi yerdən video paylaşdı, 600 minindən oldu - Rusiyada

istirahet-etdiyi-yerden-video-paylasdi-600-mininden-oldu
Oxunma sayı: 4272

İstirahət etdiyi yerdən sosial şəbəkədə video paylaşan Rusiyanın Tatarıstan Respublikasının Zelenodolsk rayon sakininin evi qarət olunub.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə avqustun 3-də axşam saatlarında baş verib. Ehtimala görə, mənzilə daxil olan oğru və ya oğrular mənzil sahibəsinin evdə olmadığını qadının paylaşdığı videodan başa düşüb.  

Avqustun 4-də evinə dönən qadın mənzilindəki qiymətli əşyalarının yoxa çıxdığını görüb. Mənzil sahibəsinə ona dəyən maddi zərənin dəyərini 600 min rubl (15662.13 AZN) məbləğində qiymətləndirib.   

Hüquq mühafizə orqanları şübhəli bilinən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir. Qarət zamanı mənzildəki və dolablardakı səliqə-səhman pozulmayıb.