İndoneziyanın keçmiş prezidenti öldü

indoneziyanin-kecmis-prezidenti-oldu
Oxunma sayı: 1670

İndoneziyanın keçmiş prezidenti Buharuddin Yusif Həbibi 83 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Jakarta Post”a istinadən xəbər verir ki, Həbibinin səhhəti ötən gün qəfil pisləşib. Cakartada xəstəxanaya yerləşdirilən eks-dövlət başçısının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Həbibi 1998-ci ildə prezident seçilib. 1999-cu ildə parlament yeni ölkə başçısını seçənədək o, bu vəzifədə qalıb.