İlham Əliyevdən Notr-Damla bağlı tvit

ilham-eliyevden-notr-damla-bagli-tvit
Oxunma sayı: 4948

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Notr-Dam kilsəsində baş vermiş güclü yanğınla bağlı Tvitter mikrobloqunda paylaşım edib. 

“Qafqazinfo”nun xəbərinə görə, dövlət başçısı tvitlərini fransız və ingilis dillərində qeyd edib.

“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - deyə İlham Əliyev bildirib.