İcra başçısı prokurorluq işçilərini təltif etdi

icra-bascisi-prokurorluq-iscilerini-teltif-etdi
Oxunma sayı: 3367

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan icra başçısı Süleyman Mikayılov prokurorluq işçilərini təbrik edib.

O, prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasında mstəsna xidmətlərinin olduğunu söyləyib.

Prokurorluq sistemində səmərəli fəaliyyətinə görə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunub.