Həsənağa Sadıqovla bağlı yeni xəbər

Həsənağa Sadıqovla bağlı yeni xəbər
Oxunma sayı: 8605

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açmışdı. O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. 

1988-ci ildə H.Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdi. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib. 

***

Hacı Nuran paylaşdığı statusa əlavə edib ki, aldığı son məlumata görə, Həsənağa Sadıqovun nəfəsi qayıdıb: "Oğlu Elşəndən aldığım son məlumata görə, nəfəsi gedib-gəlir, can üstündədir".

Bu məqamda “Qafqazinfo” sənətkarı məşhurlaşdıran bir neçə ifasını təqdim edir:



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi