Həbib Meyvezeri döyüşə çağırdı - Video

hebib-meyvezeri-doyuse-cagirdi
Oxunma sayı: 10012

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı Nurməhəmmədovun videomüraciətini meneceri Dehuan Bleyk İnstaqram hesabında paylaşıb.

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”,- deyə H. Nurməhəmmədov bildirib.

Qeyd edək ki, Həbib kimi Floyd da karyerası dövründə bir dəfə də olsun uduzmayıb.