Havaya şar buraxanlar cərimələnəcəklər

havaya-sar-buraxanlar-cerimelenecekler
Oxunma sayı: 2789

Avstraliyanın Fremantle şəhərində havaya şar buraxanlar cərimələnəcəklər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna görə havaya lateks, alüminium və helium şarları buraxanlar ətraf aləmə ziyan vurduqlarına görə 125 dollar ödəməli olacaqlar.

Yeni qanunun qəbuluna səbəb həmin şarların dəniz həyatı üzərində ciddi ziyanverici təsirlərinin olmasının elmi cəhətdən sübut edilməsidir.