Göydələnlər 600 milyon quşu öldürüb

goydelenler-600-milyon-qusu-oldurub
Oxunma sayı: 2976

ABŞ-dakı göydələnlər ildə təxminən 600 milyon quşun ölümünə səbəb olur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, göydələnlərin süni işıqları səbəbindən istiqamətini itirən quşlar binalara çırpılaraq ölür və ya yaralanır. Bu hadisə daha çox köç mövsümündə yaşanır.

Bu səbəbdən vəhşi təbiəti müdafiə təşkilatları gecələr göydələnlərin işıqlarının söndürülməsini məsləhət görür.