“Google” da “iPhone” istifadəçilərinin məlumatlarını alırmış - Növbəti qalmaqal

google-da-iphone-istifadecilerinin-melumatlarini-alirmis
Oxunma sayı: 1292

“Apple” şirkətinin konfidensiallıq siyasətindən təkcə “Facebook” şirkəti deyil, həm də “Google” şirkəti yan keçib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Google” şirkəti də xüsusi tətbiq vasitəsilə istifadəçilərin aktivlikləri barəsində məlumatları əldə edirmiş.

“Screenwise Meter” adlı tətbiq 2012-ci ildən dünənki günə kimi mövcud idi. Lakin, “Techcrunch” saytının məqaləsindən sonra şirkət sözügedən tətbiqi silib.

Məlumata görə, bu tətbiq də “Apple” şirkətinin korporativ tətbiqlər sertifikatına əsaslanırdı. Buna görə də yalnız şirkət daxilində proqram təminatının hazırlanması və yayılması məqsədi üzrə istifadə edilməli idi. Praktiki cəhətdən isə 18 yaşından yuxarı hər kəs “Screenwise Meter” tətbiqindən istifadə edə bilərdi. Hətta 13 yaşından yuxarı şəxslər də bu tətbiqə qoşula bilirdilər.

“Facebook” kimi “Google” da bu tətbiq vasitəsilə öz məlumatlarını ötürən şəxslərə hədiyyələr verib. Daha doğrusu, həmin şəxslər pul ilə deyil, hədiyyə kartları vasitəsilə mükafatlandırılıblar.

Qeyd edək ki, bu faktın ortaya çıxmasından sonra “Apple” şirkətinin “Google” şirkəti ilə əməkdaşlığı dayandıracağı iddiaları ortaya atılıb.