Gerye “Qarabağ”la müqavilə imzaladı - Açıqlama

gerye-qarabagla-muqavile-imzaladi
Oxunma sayı: 2282

Haitili müdafiəçi Donald Gerye “Qarabağ”la yeni müqavilə imzalayıb. Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, Azərbaycan klubu ilə 2 illik sözləşməyə razılaşıb. 

Gerye qeyd edib ki, 1 həftə istirahət etdikdən sonra “Qarabağ”ın düşərgəsinə qoşulacaq.