Gəlinə 5 kiloqram qızıl, 500 min pul verdilər - Fotolar

geline-5-kiloqram-qizil-500-min-pul-verdiler
Oxunma sayı: 9740

Türkiyənin Diyarbakır və Şanlıurfa şəhərlərinin zəngin ailələrinin toyu səs-küy yaradıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şanlıurfalı Mehmet Emin Bucakın qızı Zəhra diyarbakırlı iş adamı Hacı Tekin Çiçəyin oğluna ərə gedib. Oteldə baş tutan toya təxminən 2 min nəfər qatılıb. Mərasim zamanı gəlinə 5 kiloqram qızıl, 500 min lirə pul hədiyyə olunub.

Qızıllar gəlinə ağırlıq etdiyindən və qolunda yer qalmadığından çantaya qoyulub. Toy daha sonra davam edib.