FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı

fifa-nin-kecmis-vitse-prezidenti-omurluk-futboldan-kenarlasdirildi
Oxunma sayı: 1748

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) eks-başçısı, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) keçmiş vitse-prezidenti Xuan Anhel Napout ömürlük futbol faəliyyətindən kənarlaşdırılıb. “Qafqazinfo” bildirir ki, bu barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib.

Sözügedən qərar FİFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.