FHN-dən sürücülərə müraciət - Video

fhn-den-suruculere-muraciet
Oxunma sayı: 1855

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müraciətdə qeyd edilib ki, bəzi avtonəqliyyat vasitələrinin sürücüləri hadisə yerinə tələsən yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol vermirlər. Bu isə, son nəticədə, baş vermiş yanğın və digər fövqəladə hadisənin qarşısının operativ alınması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Müraciətdə qeyd olunub ki, belə davranışla həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hüquqi məsuliyyət daşımaqla yanaşı, həm də yanğın və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə mənəvi məsuliyyət daşıyırlar. Hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk etməli və operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə şərtsiz və dərhal yol verməlidir.