Feysbukun nə qədər istifadəçisi var? - Statistika

feysbukun-ne-qeder-istifadecisi-var
Oxunma sayı: 1252

Feysbuk sosial şəbəkəsində istifadəçilərin məlumat itkisi ilə bağlı bir sıra skandallara baxmayaraq, onun auditoriyası yüksəlməyə davam edir.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbə verir ki, 2018-ci ilin dördüncü rübü üzrə hesabata görə, hər gün 1,52 milyarddan çox istifadəçi bu şəbəkədən istifadə edir.

Bu da ötən illə müqayisədə 9% daha çoxdur. Həmçinin ay ərzində 2,32 milyard istifadəçi ən azı bir dəfə sözügedən sosial şəbəkədən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% daha artıqdır.

Təxminən 2,7 milyard nəfər hər ay Feysbuk, İnstaqram, Messencer, Votsap kimi sosial şəbəkələrdən istifadə edir.