“Fənərbağça”nın əfsanəsi dünyasını dəyişdi

fenerbagcanin-efsanesi-dunyasini-deyisdi
Oxunma sayı: 2446

Türkiyənin “Fənərbağça” futbol klubunun keçmiş oyunçusu Şükrü Birand dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, əfsanəvi futbolçu 75 yaşında vəfat edib.

Qeyd edək ki, Ş. Birand peşəkar fəaliyyətinə 1960-1961-ci illərdə “Toprakspor”da başlayıb. Birand 1964-1974-cü illərdə “Fənərbağça” futbol klubunda oynayıb. Onlarla keçirdiyi 317 matçda 7 qol vurub.