Əsgərlərin olduğu avtobus aşdı - 3 ölü, 13 yaralı+Fotolar+Video

esgerlerin-oldugu-avtobus-asdi
Oxunma sayı: 2687

Türkiyədə dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən məlumatına görə, Adanada əsgər yola salmaq üçün yola çıxan avtobus əks istiqamətdə hərəkət edən traktorla toqquşub və aşıb. Nəticədə əsgərlər – Heydər Atəş, Əlzəm Atəş, Murad Kazım Aydın dünyasını dəyişib. Daha 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə xeyli sayda polis, təcili yardım və yanğınsöndürən cəlb edilib. Faktla bağlı cinayət işi açılıb.