Yaponiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə çay mərasiminə qatılıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Mukoqava Qadın Universitetində “Fəxri doktor” adı alan Ərdoğan daha sonra çay mərasiminə qatılıb. Milli kimono geyimli qadınlar prezidentlə xanımını çay xidməti təqdim ediblər.
Ərdoğan təşəkkürünü bildirərək “Mənim doğulduğum yer Rizedir. Rize çay şəhəridir” deyib.
Son xəbərlər
Son Xəbərlər