Ərdoğanla Merkelin telefon danışığı oldu

erdoganla-merkelin-telefon-danisigi-oldu
Oxunma sayı: 2416

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın baş naziri Angela Merkellə telefon danışığı olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər başda Suriya olmaqla regional məsələləri müzakirə ediblər. Merkel telefon söhbətində Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün də əlverişli olduğunu bir daha vurğulayıb.

Ərdoğanla Merkelin sentyabrın sonunda Berlində görüşü də planlaşdırılıb. Bu yaxınlarda isə xəzinə və maliyyə naziri Berat Albayrakın alman həmkarı ilə görüşü keçiriləcək.