Ərdoğan yeni əsgərlik qanununu imzaladı

erdogan-yeni-esgerlik-qanununu-imzaladi
Oxunma sayı: 2462

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də qəbul edilən yeni əsgərlik qanununu imzalayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu AKP-nin mətbuat xidmətinin rəhbəri Ömər Çəlik bildirib.

Qeyd edək ki, hərbi xidmət müddətini 6 aya endirən, bədəlli əsgərlik xidmətinin daimi olmasını nəzərdə tutan yeni qanun layihəsi TBMM-də qəbul edilərək qanuniləşib. Yeni qanuna əsasən, hərbi xidmət ehtiyatda zabit, ehtiyatda unter-zabit, əsgər kimi yerinə yetiriləcək.

Xidmət müddəti əsgərlər üçün 6 ay, ehtiyatda zabit və unter-zabitlər üçün 12 ay olacaq. Kişilər üçün hərbi xidmət yaşı 20 yaşın tamam olduğu 1 yanvardan başlayıb 41 yaşın tamam olduğu 1 yanvar günündə sona çatacaq.

Yeni əsgərlik sistemində “ehtiyatda zabitlər” də olacaq.