Ən yaxşı komanda onlar oldu

en-yaxsi-komanda-onlar-oldu
Oxunma sayı: 2111

Bu gün "İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.

“Qafqazinfo” xəbər verir ki, yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib.

Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.

Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Azərbaycan Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.

Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - “Gonex” layihəsi ilə Adil Qafarlı, “Guide to” layihəsi ilə İlkin Quluzadə, “Just” layihəsi ilə Əli Babayev, “Yoldaş” layihəsi ilə Rüstəm Həsənli, “Xilaskar Braslet” layihəsi ilə Nərgiz Əliyeva, “Smart home” layihəsi ilə İsmayıl Həsənov, “Eagle 2.0” layihəsi ilə Ayxan Qurbanov, “Mayak” layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub.