Qələbəlikdən və səs-küydən uzaq, sakit bir ölkədə dinc yaşamaq istəyənlər heç də az deyil.
“Qafqazinfo” dünyanın ən az əhalisi olan və yaşayış səviyyəsi yüksək kiçik ölkələri təqdim edir:
Nauru – Avstraliyanın şimal-şərqində yerləşir . Əhalisinin sayı 10 min nəfər

Montserrat – Böyük Britaniyanın ada-dövlətidir. Əhalisinin sayı 4-6 min arasında dəyişir. Vulkanları ilə məşhurdur. 1492-ci ildə Xristofor Kolumb kəşf edib.

Saint Helena – Atlantik okeanının cənubunda yerləşən bu dövlət 1502-ci ildə kəşf edilib. Əhalisinin sayı 4255 nəfərdir. Napoleon bu adaya sürgün edilib.

Falkland adaları – Daxili işlərində sərbəst olsa da, xarici işlərində Britaniyaya tabedir. Əhalisinin sayı 2932 nəfərdir. Əhalisi əsasən heyvandarlıq və balıqçılıqla məşğuldur.

Niue – Sakit okeanın cənubunda yerləşən bu ada-dövlətə getmək bir qədər təbiətinin çətinliyi ucbatından, az qala, mümkünsüzdür. Yalnız Yeni Zelandiya və Avstraliyadan hava yolu ilə getmək mümkündür. Əhalisinin sayı 1624 nəfərdir.

.jpg)
Tokelau – Yeni Zelandiyaya tabe ada-dövlətdir. Əhalisinin sayı 1411 nəfərdir. 1948-ci ildə qurulan dövlətdə monarxiya quruluşudur.

Vatikan – dövlət və ya şəhər olması hələ də mübahisə mövzusudur. İtaliyanın Roma şəhərində yerləşən Vatikanın əhalisinin sayı 500 nəfərdir.

Pitcairn adaları – Havay adalarının 3500 kilometr məsafəsində yerləşir. Burada cəmi 50 nəfər yaşayır. Əvvəllər bu ada-dövlət dəniz quldurlarının məskəni olub.

Sealand – Əhalisinin sayı cəmi 27 nəfərdir. 550 kvadrat metr ərazisi olan İkinci dünya müharibəsi ərəfəsində İngiltərə tərəfindən dəniz mayakı kimi inşa edilib. Rəsmi dili ingilis dilidir.

Son xəbərlər
Son Xəbərlər