Dünyanın ən zəngin insanlarından biri öldü

dunyanin-en-zengin-insanlarindan-biri-oldu
Oxunma sayı: 2542

Biznesmen Ros Pero 89 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun “CNN”ə istinadən məlumatına görə, milyarder  bir neçə ay idi ki, leykemiyə xəstəliyi ilə mübarizə aparırdı.

Pero “Electronic Data Systems” kompaniyasının təsisçisi idi. O, həmin şirkəti 1985-ci ildə “General Motors”a satmışdı. 3 il sonra biznesmen “Perot Systems” şirkətini yaratmışdı. Bu dəfə isə onun kompaniyasını “Dell” almışdı.

Pero 2019-cu ilin ən zəngin adamları reytinqində 478-ci yeri tuturdu. Onun sərvəti 4,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.