Depardye yenidən azərbaycanlı rəssamın atelyesində - Fotolar

depardye-yeniden-azerbaycanli-ressamin-atelyesinde
Oxunma sayı: 1383

Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardye azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin atelyesinin qonağı olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, kolleksiyaçı Məryəmin əsərləri ilə maraqlanıb. Tablolarını bir-bir yenidən nəzərdən keçirib.

Qeyd edək ki, Jerar Depardye artıq gənc rəssamın əsərlərinin bir neçəsini alaraq şəxsi kolleksiyasına daxil edib. Rəssamın atelyesinə ilk səfəri zamanı o, orta ölçülü 5 əsər sifariş etmişdi.