Dəmiryolçuların idman spartakiadası keçirilir - Fotolar

demiryolcularin-idman-spartakiadasi-kecirilir
Oxunma sayı: 2006

Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadasına start verilib.

“Qafqazinfo” xəbər verir ki, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov çıxış edib. Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.

Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar.

Qeyd edək ki, dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.