“Çernobıl” serialı təhrifdə ittiham edilir

cernobil-seriali-tehrifde-ittiham-edilir
Oxunma sayı: 2916

“Çernobıl” Atom Elektrik Stansiyasında (AES) qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Yevgeni Şevçenko HBO kanalını ittiham edib. 

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, o, “Çernobıl” serialının yaradıcılarını həqiqəti təhrif etməkdə günahlandırıb. 

Şevçenkonun sözlərinə görə, serialda qəzadan sonra funksionerlərin şəhəri təcrid etdiyi, heç kimin giriş-çıxışına icazə verilmədiyi göstərilir. Əslində isə heç kim insanları məcburən orada saxlamayıb. Şevçenko vurğulayıb ki, qəzanın ilk dəqiqələrindən insanların təxliyyə edilməsi üçün mindən çox avtobus və 20 yük maşını hazırlanıb. 

Onun fikrincə, həqiqətlərin təhrif edilməsində məqsəd ölkənin imicinə mənfi təsir göstərməkdir. 

Qeyd edək ki, bundan əvvəl də serial bir sıra tənqidlərə tuş gəlib. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin sözlərinə görə, serialda hər şeyə səthi yanaşılıb, Çernobılda baş verənlər tam dəqiqliyi ilə əks olunmayıb.