Çempionlar Liqasının son iştirakçıları bəlli olur

cempionlar-liqasinin-son-istirakcilari-belli-olur
Oxunma sayı: 1936

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, cavab oyunları çərçivəsində daha üç qarşılaşma baş tutacaq və qrup mərhələsinə vəsiqə qazanan son komandalar müəyyənləşəcək.

"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gələcək.

Belçikanın “Brügge” klubu evdə Avstriyanın LASK komandası ilə qarşılaşacaq. Çexiya "Slaviya"sı isə Rumıniyanın ÇFR klubunu qəbul edəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)

İlk oyun - 1:0

23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)

İlk oyun - 1:0

23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)

İlk oyun - 0:0