Bunları edirsinizsə, ağıllı insansınız

bunlari-edirsinizse-agilli-insansiniz
Oxunma sayı: 3875

Alimlərin fikrincə, insanların ətrafı beyin bacarıqlarına və düşüncə tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ancaq ağıllı insanlar nə olursa-olsun, eyni tərzdə davranır və ortaq düşüncə sərgiləyirlər.

“Qafqazinfo” ağıllı insanlara məxsus 9 əlaməti təqdim edir:

- Ağıllı insanlar yalnız öz işləri ilə məşğuldur. Başqalarının dedi-qodusunu etmir, digərlərini ittiham etməkdən çəkinirlər. Digərlərinin həyatlarında baş verənlər onları qətiyyən maraqlandırmır.

- Həddindən çox zarafat edirlər və çox güclü yumor hissləri var. Hər xırda şeyi asanlıqla zarafata çevirir və hər kəsi güldürə bilirlər.

- Tez-tez özləri ilə danışırlar. Alimlər özü ilə danışan insanların digərlərinə nisbətən daha ağıllı olmaları qənaətindədir. Bu metod zehni itiləyir, yaddaşı gücləndirir və fikirləri tənzimləməyə kömək edir.

- Çoxlu musiqi dinləyirlər. Qulaqlarını musiqi ilə müalicə edənlər son dərəcə ağıllıdır.

- Onlara tapşırılan işləri qüsursuz yerinə yetirmək üçün ən asan yolu tapmaqda ustadırlar.

- Hər zaman sirli olanları axtarmağa maraqlıdırlar. Daha çox öyrənməyə meyilli olan ağıllı insanlar daha çox oxuyur və gündəlik tuturlar.

- Səhvlərini qəbul etmək, başqalarının da fikrinə hörmətlə yanaşmaq ağıllı insanların işidir.

- Şokoladı çox sevirlər. Daim şokolad yemək beyinin fəaliyyətini yaxşılaşdırır. Şokolad yeyənlərin yaddaşı daha güclü olur.

-Ağıllı insanlar daha az danışır. Danışıq zamanı söhbətdə heç bir fayda olmadığını görən ağıllı insanlar susmağa üstünlük verirlər.