Bu rayonlarda qaz olmayacaq - Yenilənib

bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 2112

Sentyabrın 9-da səhər saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. 

“Azəriqaz” İstehsal Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək.

Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

***

Sabunçu rayonunun Zabrat qəsəbəsində planlaşdırılan qaz təchizatının dayandırılması texniki səbəblərdən təxirə salınıb.