Braziliya prezidenti zarafatından qalmadı - “Trampa aşiq oldum”

braziliya-prezidenti-zarafatindan-qalmadi
Oxunma sayı: 1774

Braziliya prezidenti Jair Bolsonaru amerikalı həmkarı Donald Trampla bağlı zarafatı ilə gündəmə gəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Trampın Bolsonarunun oğlunu ABŞ-a səfir təyin etməsini “qohumbazlıq” hesab etmədiyini söyləməsi Braziliya rəhbərinin xoşuna gəlib.

“Trampın o sözlərindən sonra ona daha çox aşiq oldum”, - deyə Bolsonaru bildirib.