Binəli Yıldırım Ərdoğanın adını telefonuna belə qeyd edib - Fotolar

bineli-yildirim-erdoganin-adini-telefonuna-bele-qeyd-edib
Oxunma sayı: 24219

AKP-nin İzmirdən olan millət vəkili Binəli Yıldırım Malatyada 5 min nəfər gənclə bir araya gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, deputat gənclərin istəyi ilə prezident Rəcəb Tayyib Ərdoğana zəng edib. Ərdoğan hər kəsi salamlayaraq qısa müddətdə Malatyaya səfər edəcəyini deyib.

Yıldırımın Ərdoğana zəngi zamanı diqqətçəkən məqamlardan biri də onun prezidentin adını telefonuna qeyd etmə şəkli olub. Belə ki, millət vəkili prezidentin ad və soyadının abbreviaturasını - “RTE”  olaraq kontaktlara əlavə edib.