“Beşiktaş”ın yeni baş məşqçisi məlum oldu - İddia

besiktasin-yeni-bas-mesqcisi-melum-oldu
Oxunma sayı: 2605

Yayda “Beşiktaş”dan ayrılacaq Şənol Günəşin yerinə təyin olunacaq mütəxəssis məlum olub.

“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, Rumıniya mətbuatı Mirçea Luçeskunun İstanbul klubu ilə anlaşdığını yazıb.

Onun maaşının isə 2,5 milyon avro civarında olacağı bildirilir.

Qeyd edək ki, bu, 73 yaşlı müəxəssisin “Beşiktaş”da 2-ci karyerası olacaq. O, 2002-2004-cü illərdə çalışdırdığı “Beşiktaş”a ölkə çempionluğu qazandırmışdı. Ardından 12 il “Şaxtyor”da işləyən rumıniyalı mütəxəssis “Zenit” və Türkiyə millisinə də rəhbərlik etmişdi.