Bayramda rayona avtobusla gedənlərin nəzərinə

bayramda-rayona-avtobusla-gedenlerin-nezerine
Oxunma sayı: 1261

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bayramla əlaqədar sabahdan avqustun 14-dək kompleks gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.

Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.