Bakının bu kəndində işıq olmayacaq

bakinin-bu-kendinde-isiq-olmayacaq
Oxunma sayı: 2531

Bakının Abşeron rayonunun Məmmədli kəndində işıq kəsiləcək.

"Azərişıq" ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.