Bakıda mağazadan 4000 manatlıq əntiq əşya oğurlandı

bakida-magazadan-4000-manatliq-entiq-esya-ogurlandi
Oxunma sayı: 2333

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazalardan birində oğurluq olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.