Azərbaycanlı gənc velosipedlə Türkiyəyə yollandı - Ərdoğanla görüşəcək+Video

azerbaycanli-genc-velosipedle-turkiyeye-yollandi
Oxunma sayı: 1932

Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün səfərə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, Zaqataladan olan İzzədin Abdullayev Türkiyəyə velosipedlə gedir.

O, paytaxt Ankaraya 16-17 günə çatacağını planlaşdırır.

Ərdoğanla görüşməyin çoxdankı arzusu olduğunu bildirən Abdullayev, Türkiyə Prezidentini çox istədiyini söyləyib.

"İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar", - deyə İzzədin Abdullayev deyib.