“Azərbaycanı seçmək səbəbim Avropada oynamaqdır”

azerbaycani-secmek-sebebim-avropada-oynamaqdir
Oxunma sayı: 2675

Millimizin yarımmüdafəçisi Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib. “Qafqazinfo” Marca-ya istinadən xəbər verir ki, Sequnda təmsilçisi "Albasete"nin yeni üzvü İspaniya yığmasında oynamaq şansından danışıb.

İspaniya pasportuna sahib Eddi bu ölkənin millisində çıxış etməyin mümkün olduğunu desə də, çətinliyini də vurğulayıb: “Mənim anam Azərbaycanda anadan olub. Məhz buna görə Azərbaycanı seçmişəm.
 
Millinin heyətində hardasa 15-ə yaxın xarici səfərlərə yollanmışam. Anqola yığmasında çıxış etmək imkanım da var idi, çünki atam oralıdır. Azərbaycanı seçmək səbəbim Avropada oynamaq istəyimdən irəli gəldir".