Azərbaycanda inflyasiya iki dəfə azalacaq - 2021-in proqnozu

azerbaycanda-inflyasiya-iki-defe-azalacaq
Oxunma sayı: 2518

Azərbaycanda orta illik inflyasiya qarşıdakı illərdə azalaraq 2021-ci ildə 3,1 faiz təşkil edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilib.

2017–2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərə əsasən, orta illik inflyasiya 2018-ci ildə 6,1 faiz, 2019-cu ildə 4,7, 2020-ci ildə 3,3 faiz təşkil edəcək.

Qeyd edək ki, ötən il bu göstərici 12,9 faiz olub.