Azərbaycan Premyer Liqasının püşkü atıldı - Yenilənib

azerbaycan-premyer-liqasinin-pusku-atildi
Oxunma sayı: 2301

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

***

Artıq püşk atılıb və ilk turun cütlükləri müəyyənləşib. 

Mövsümün tam təqvimi  bir neçə gündən sonra açıqlanacaq. 

8 klubun dairəvi sistemlə dörd dövrədə mübarizə aparacağı yarışın ilk turunun oyunları 16-18 avqustda keçiriləcək.

I tur

"Neftçi" - "Sabah"

"Səbail"  - "Zirə"

"Qəbələ" - "Sumqayıt"

"Keşlə" - "Qarabağ"