Avtobuslarla bağlı məlumat almaq istəyənlərin diqqətinə

avtobuslarla-bagli-melumat-almaq-isteyenlerin-diqqetine
Oxunma sayı: 1417

Sentyabrda təhvil veriləcək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin informativ saytında bütün regionlardan Bakıya gələn müntəzəm və qeyri-müntəzəm reyslərlə bağlı məlumatlar orada öz əksini tapacaq. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda bu məsələ ilə bağlı sərnişinlər tərəfindən çağrı mərkəzinə çoxsaylı müraciət daxil olur. 

Odur ki, sayt təhvil verilənə kimi, 012-566-52-58 nömrəsi ilə əlaqə saxlayayaraq regional avtovağzal və avtostansiyalar haqqında məlumat ala bilərsiniz.