Avropanın ən böyük akvariumu çatladı - Suyun qarşısını almaq olmur + Video

avropanin-en-boyuk-akvariumu-catladi
Oxunma sayı: 9363

Rusiyanın Moskva şəhərində yerləşən “Aviapark” ticarət mərkəzindəki Avropanın ən böyük akvariumu çatlayıb.

“Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən çəkilən videodan da görünür ki, TM-in əməkdaşları akvariumun ətrafına sədd çəkib və su axan yerlərə vedrələr qoyub.

Əməkdaşların səylərinə baxmayaraq, su axının qarşısını almaq mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər aparılır.