Şəhid övladları üçün yelkən əyləncəsi - Fotolar

sehid-ovladlari-ucun-yelken-eylencesi
Oxunma sayı: 3065

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların övladları üçün “Yelkənli İdmanın bir günü” əyləncəli - maarifləndirici tədbir təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Yelkən İdman Federasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə keçirdiyi tədbirdə 16 iştirakçı olub. Qonaqlara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib. Yelkənli İdman Federasiyasının “Laser” və “Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub. 

Tədbir iştirakçılarına yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, barədə ətraflı məlumat verilib.

Fotolar: Nuran Məmmədov