ABŞ-dan dünyanı narahat edən qərar

abs-dan-dunyani-narahat-eden-qerar
Oxunma sayı: 2906

ABŞ fevralın 2-dən 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, Amerikanın qərarına səbəb Rusiyanın müqavilənin şərtlərini pozaraq gizlicə qadağan olunmuş raket kompleksi hazırlamasıdır. Bu isə ABŞ və onun müttəfiqlərinə təhlükə yaradır.  

ABŞ bununla belə Rusiya ilə danışıqlara hazır olduğunu da bəyan edib.