ABŞ-da yaşlı qadın kütləvi qətliamın qarşısını aldı

abs-da-yasli-qadin-kutlevi-qetliamin-qarsisini-aldi
Oxunma sayı: 2457

ABŞ-ın Texas ştatında nəvəsi tərəfindən planlaşdırılan kütləvi qətliamın qarşısını alan nənə əsl qəhrəmana çevrilib.

“Qafqazinfo”nun “ABC News”a istinadən məlumatına görə, bir müddət əvvəl 19 yaşlı Uilyam Patrik Uilyams nənəsinə yerli otellərin birində törətmək istədiyi kütləvi qətliam planı haqda danışıb. Cavan oğlan bu məqsədlə “AK-47” (Kalaşnikov) tipli avtomat da alıb.

Uilyam Uilyams 

Lakin nənə Uilyamsı qətliam törətmək əvəzinə, onunla xəstəxanaya getməyə yola gətirə bilib. Bir qədər sonra yaşlı qadın polisə müraciət edib. Yeniyetmə əvvəlcə xəstəxanaya yerləşdirilib, daha sonra isə odlu silah aldığı vaxt yalan danışdığına görə saxlanılıb.

“Faciənin qarşısı alındı”, - prokuror Nil Koksun açıqlamasında qeyd edilib.

Uilyamsın günahı sübuta yetirilərsə, onu beş ilə qədər həbs cəzası gözləyir.