3 qadına qarşı cinayət etdi

3-qadina-qarsi-cinayet-etdi
Oxunma sayı: 954

Bakıda qadınların cibindən oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonları oğurlanıb.

Oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.