3 padşah, 12 ölkə prezidenti görüb - Fotolar

3-padsah-12-olke-prezidenti-gorub
Oxunma sayı: 6937

Türkiyənin Bursa şəhərində yaşayan Fatma Bingölün 119 yaşı var.

“Qafqazinfo” xəbər verir ki, o, həyatı ərzində 3 padşah görüb.

Mustafakemalpaşa rayonunda yaşayan qarının 6 uşağı olub. Onun əri 20 il öncə vəfat edib. Fatma nənə hazırda 80 yaşlı qızı ilə yaşayır. Onun ən böyük nəvəsinin 61 yaşı var. Yaşlı qadının ən kiçik nəvəsi ilə arasındakı yaş fərqi isə 113-ə bərabərdir.

Qeyd edək ki, Fatma Bingöl Mustafa Kamal Atatürkdən Rəcəb Tayyib Ərdoğana qədər 12 ölkə prezidenti görüb.