3 min dollarlıq gödəkçəni geyinən kimi baxışları dəyişdi - Fotolar

3-min-dollarliq-godekceni-geyinen-kimi-baxislari-deyisdi
Oxunma sayı: 8408

TV proqramlarla məşhur olan Kris Cenner qızı Kortni Kardaşyanın böyük oğlu Mason Disiklə alış-veriş zamanı kameralara tuş gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 9 yaşlı nəvəsini ən lüks mağazalara aparan Cenner ona yeni il hədiyyəsi olaraq qızıl işləməli 3 min dollarlıq gödəkçə alıb. Mağazaya girərkən əynində jaket olan Mason bahalı gödəkçəsində baxışlarını belə dəyişib.

Krisin bu səxavəti isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların əksəriyyəti 9 yaşlı uşağa bu cür bahalı hədiyyə alınmasının doğru olmadığını yazıblar.