16 yaşı var, dünyada birincidir - Video

16-yasi-var-dunyada-birincidir
Oxunma sayı: 2796

Rusiyalı fiqurlu konkisürəni Alina Zaqitova Beynəlxalq Konkisürənlər İttifaqının yenilənən reytinqində qadınların tək yarışında birinciliyini qoruyub saxlayıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı rusiyalının aktivində 4510 xal var. İkinci yerdə yapon fiqurlu konkisürəni Satoko Miyaxara qərarlaşıb. Zaqitovanın həmyerlisi, 18 yaşlı Yevgeniya Medvedyeva isə 3384 xalla üçüncü yeri tutub. 

Qeyd edək ki, A. Zaqitova  2017-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının, 2018-ci ildə isə böyüklər arasında Avropa Çempionatının qalibi olub.