Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu -

parlamentin-en-uzunomurlu-deputati-yeniden-namized-oldu-
Oxunma sayı: 2918


Hazırda millət vəkili olan, həmçinin builki seçkilərdə namizəd olacaq bəzi nüfuzlu insanlar isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlayacağı siyahını gözləyirlər. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, YAP-ın siyahısını gözləmədən öz namizədliyini açıqlayan şəxslər də var. Onlardan biri də parlamentin ən uzunömürlü deputatlarından biri Hacı Madər Musayevdir.

Hacı Madər artıq sənədlərini MSK-ya təqdim edib. O, bitərəf deputat kimi hazırda təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Hacı Madər Musayev Azərbaycanda ən çox parlemantari təcrübəsi olan deputatlardan biridir. O, 2 çağırış SSRİ Ali Soveti dövründə, 4 çağırış isə Azərbaycan Milli Məclisinə deputat seçilib. 

Maraq üçün bildirək ki, Hacı Madərin Müsavatdan rəqibi Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

“Qafqazinfo”