Nadir Qafarzadənin vəzifə xəbəri ilə bağlı- - Açıqlama

nadir-qafarzadenin-vezife-xeberi-ile-bagli-
Oxunma sayı: 3974


“Qafqazinfo”nun məlumatına görə, ifaçı Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunub.

“Bir neçə gün olar ki, direktor vəzifəsinə təyin olunmuşam. Artıq vəzifəmin icrasına başlamışam. Qarşıda duran ilk planım qəsəbə sakinlərinə konsert verməkdir.  Mənə göstərilən etimadı doğruldacam”-, deyə Qafarzadə bildirib.

***

Müğənni Nadir Qafarzadənin Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar əsassızdır. 

Bu barədə AzNews.az-a Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov məlumat verib.

Bildirib ki, N. Qafarzadəni işgüzar müsahibəyə çağırıblar, lakin direktor təyin edilməsi ilə bağlı xəbər yalandır: “Nadir Qafarzadə bizə müraciət etmişdi. Biz də dəvət etdik. Söhbət etdik. Mədəniyyət klublarında hansında boş yer olsa onu həmin yerə direktor, yaxud adi işçi kimi götürə bilərik. Razılaşdıq ki, Nadir Qafarzadə kəndlərdə də - Qobuda, Hökməlidə konsertlər verə bilər”.

İ. Manafov bildirib ki, hazırda Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktor postu boşdur: “Lakin həmin vəzifəni hazırda müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxs icra edir. O da hazırda məzuniyyətdədir. Onu da bildirmək istəyirəm ki, V.İsrafilov direktorluq işinin öhdəsindən layiqincə gəlir və nümunəvi işçimizdir”.

Könül

“Qafqazinfo”